Выпуск
Nizami Gəncəvi Şərq və Qərb Ədəbiyyatını Necə Dəyişdi? (Fridrix Şiller, Höte və Mövlanə)
PLANET FM · 19 ноября 2026 г. · 38 мин
"Nizami söhbətləri"nin bu buraxılışında qonağımız, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Xuraman Hümmətova dahi şairin həm Şərq, həm də Qərb ədəbiyyatına necə təsir etdiyindən bəhs edir. İohan Volfqanq Höte (Johann Wolfgang von Goethe) və Fridrix Şiller (Friedrich Schiller) Nizamidən necə bəhrələnib? Mövlanə Cəlaləddin Rumi ilə Nizaminin əlaqəsi nədir? "Sirlər Xəzinəsi" və "Xosrov və Şirin" əsərləri niyə türk divan şairləri üçün imtahan idi? "Yeddi Gözəl"də Bəhram Şahın mağarada qeyb olmasının arxasında hansı təsəvvüf fəlsəfəsi dayanır? Bu fəlsəfi və ədəbi söhbəti mütləq izləyin! Bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Aparıcı: Nigar Məmmədova